03 oktyabr 2023 10:02
157

İşğala son qoyuldu, suverenlik tam bərpa olundu

Bu il sentyabr ayının 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirildi. Tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 nəfər iştirak etdi.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı iştirakçılara Şəhərsalma Forumunu ötən il Ağdam Şəhərində, bu il isə Şərqi Zəngəzurda keçirilməsində məqsədin hər iki məkanın işğal dövründə darmadağın edildiyini, yenidən sıfırdan inşa ediləcəyini göstərdi.

Ölkə başçısı Böyük Qayıdış Proqramı haqqında danışarkən həmin proqramın azad olunmuş ərazilərin bərpasına yönəldiyini, müasir şəhərsalma nümunələri sayılan “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa ediləcəyini diqqətə çatdırdı. Zəngilanda Ağalının “ağıllı kənd” layihəsilə keçmiş məcburi köçkünlərin evlərinə qayıtdıqları ilk kənd olduğunu bildirdi. Ümumilikdə 8 şəhər və 92 kəndin Baş planının təsdiqləndiyini və 30 kəndin təməli qoyulduğunu diqqətə çatdırdı. Beynəlxalq tədbirə ev sahibliyi edən Zəngilan Konqres Mərkəzinin yenidən inşa edildiyinin, bu bölgənin coğrafi mövqedən nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanı sayılan Zəngilan Beynəlxalq Hava Limanının inşasının bölgənin inkişafında mühüm faktor olduğu bildirildi.

Dövlətimizin Başçısı Azərbaycanın gözəl guşələrindən sayılan Zəngilan çayları, gölləri və misilsiz ekosistemilə xalqın ən böyük sərvətindən biri kimi qiymətləndirdi və buranın turistlərdə maraq oyadacağını diqqətə çatdırdı.   

İşğal dövründə erməni vandalizmindən bəhs edərkən cənab Prezident İlham Əliyev 67 məsciddən 65-i məhv edildiyini, 2-sinin isə yarı dağıdılmış vəziyyətdə olduğunu xatırladaraq bu baş verənləri “Azərbaycana qarşı urbisid və kultursidin təzahürü” kimi qiymətləndirdi. Ermənilər vətəndaşları yurd yerlərindən məhrum etməklə yanaşı, qəbiristanlıqlara böyük ziyan vurmuş, tamamilə dağıdılmışdır

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki qardaş ölkə – Özbəkistan və Qazaxıstan prezidentlərinin hədiyyə etdikləri bir məktəbi və bir incəsənət mərkəzini istisna saymaqla bərpa işlərini Azərbaycan öz şəxsi dövlət vəsaiti hesabına aparır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Qarabağ münaqişəsində beynəxalq təşkilatların qəbul etdikləri qətnamələrin icra edilmədiyini, keçmiş Minsk qrupunun fəaliyyətsizliyi mövzusuna toxunaraq ermənilərin 30 il ərzində Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada ermənilərin Yaxın Şərqdən və digər ölkələrdən diaspor tərəfindən gətirilərək qanunsuz məskunlaşma siyasəti apardığını diqqətə çatdırdı. 

Ölkə Başçısı münaqişənin sonlandırmaq üçün müharibənin qaçılmaz olduğunu, xalqın vətənpərvərliyini və Müzəffər Ordumuzun gücünü dünyaya göstərən Vətən müharibəsindən bəhs edərkən bildirdi: “Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri