01 oktyabr 2023 20:01
124

Xilaskar dövlət xadimi

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan  yaddaşında qurucu və   xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

“Mən fəxr edirəm ki,Azərbaycanlıyam “Bu sözləri öz torpağını,millətini,xalqını,Vətənini dərin məhəbbətlə sevən, bir sözlə,ürəyi Azərbaycanla döyunən bir şəxs söyləyə bilər. Bəli, bu böyük şəxs adı tariximizə qızıl hərflarlə yaılan Heydər Əlirza oğlu Əliyev cənablarıdır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə bir ailədə dünyaya göz açmışdır.O zaman valideynləri təsəvvür edə bilməzdilər ki,onların körpəsi gələcəkdə böyük şəxsiyyət olacaq,xalqın güvənc yerinə,ümid yerinə çevriləcəkdir.Heydər Əliyev elə bir şəxsiyyətdir ki,onu Günəşə bənzətmək olar və bu Günəş parlaq şüarlarını heç bir zaman Azərbaycanın üzərindən əsirgəməmişdir.

Heydər Əliyev təkcə intellektuallığı ilə deyil,həm görkəmli siyasi xadim,azərbaycanlıların Ümumilli Lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub möhkəm əllərlə saxlamış dövlət başçısı kimi,həm də əvəzsiz natiq kimi təkcə Azərbaycanda deyil,bütün dünyada tanınmıdır.Siyasət aləmində onun hər bir sözü ilə hesablaşırdılar. Ümumiyyətlə,bütün həyatını xalqına bağışlayan,əsasən,otuz ildən artıq dövrünü Azərbaycana rəhbərlik edən,ömrünü onun çirklənməsinə həsr edən Heydər Əliyev yorulmaq nə olduğunu bilmirdi.O,Vətəni üçün,xalqı üçün çox işlər görmüşdür.Heydər Əliyevin Azərbaycana,xalqına qırılmaz zəncirlə bağlılığnın nəticəsidir ki, ”Xalq-Heydər-Heydər Xalq”deyimi öz ifadəsinin tapmışdır.

Hələ keçmiş sovetlər birliyi vaxtı o,hakimiyyət başına gəldiyi ilk illərdən(1969-1982)respublikanın ictimai –siyasi,xalq təsərrüfatı və mədəni həyatında əsaslı dönüş yaratdı.70-ci illər bütün sahələrin yüksəlişi yolunda əvəzsiz addımlar atıldı.

Respublikamızın paytaxtı Bakı gündən-günə böyüyüb çiçəklənməyə başladı.Yeni-yeni zavodlar,fabriklər,ortavə ali təhsil müəssisələri,saraylar inşa edildi, parklar salındı,yaşayış massivləri ucaldıldı. Heydər Əliyev hər bir sahəyə fikir verirdi. Onun diqqəti sayəsində ali təhsil almaq üçün gənclər Moskvaya,Kiyevə,Leninqrada (indiki Sankt Peterbruq) şəhərinə,Odessya və başqa şəhərlərə göndərildi.Bəlkə elə o dövürdən respublikanın müstəqilliyini düşünüb üç hərbi məktəbin yaranmasına nail oldu. Dünyanın səkkizinci möcüzəsi sayılan “Neft daşları”salındı.

1982-ci ilin noyabrında xadim Heydər Əliyev Moskvaya dəvət olundu və burada dabir dövlət idarəçisi kimi istedadını, bacarığını nümayiş etdirməyə müvəffəq olmuşdur.Moskvada fəaliyyət göstərdiyi dövürdə də H.Əliyev azərbaycanlılığını unutmamış,daim ürəyi Azərbaycanla döyünmüş,onun taleyi ilə yaşamış,Vətəninə əlindən gələn köməyi etmişdir.Lakin burada bir müddət fəaliyyətindən sonra H.Əliyev başda M.S.Qorbaçov olmaqla erməni lobbisi tərəfindən sıxışdırılaraq siyasət aləmindən uzaqlaşdırıldı,ev dustağı oldu,təzyiq altında yaşadı. Nəhayət,biz onun səsini 20 Yanvar faciəsi vaxtı eşitdik.Heydər Əliyev xalqımıza qarşı törədilən bu agır cinayətə sakit yanaşa bilmədi.O,təqiblərə,özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin vəhşi hərəkətlərinə,antiazərbaycan siyasətiə qəti etirazını dünya ictimayyətinə bildirdi.O,bəyanatında günahkarların lazımınca cəzalandırılmasını tələb edirdi.Bu, damarlarında Azərbaycan qanı axan əsl Azərbaycan oğlunu fəryadı,daha dəqiq desək,böyük qəhrəmanlığı idi.

90-cı illərin əvvəli Azərbaycan xalqı üçün faciəli illər oldu. Təhlükəni dərindən duyan Azərbaycan xalqı 1993-cü il Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri Heydər Əliyev cənablarını hakimiyyətə dəvət etdi. Xalq yaxşı düşürdü ki,bu təhlükənin qarşısını məhz Heydər Əliyev kimi ulu öndər ala bilər.  Ən çətin anlarında xalqlar birlikdə olan Heydər Əliyevin qətiyyəti xalqımıza ruh yüksəkliyi gətirdi. Ulu Öndər 1993-cü il oktyabrn 3-də şərəfli bir vəzifəyə - prezidentliyə yüksəldi. 1994-cü ilin may ayında ermənilərə atəşin dayandırılması haqqinda müqavilə imzalandı.Bunun nəticəsində qan tökülməsinin qarşısı alındı.  1994-cü ilin sentyabrında Bakıda “Əsrin Müqaviləsi” adını almış neft müqaviləsi bağlandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması sahəsində də uğurlu addımlar atıldı. “Bakı Supsa”, “Bakl-Tibilisi-Ceyhan” neft boru kəmərləri Heydər Əliyev diplomatiyasının qələbəsidir.

Bu gün Ulu Öndərin ruhu şaddır, çünki Qarabağ azad olmuşdur. Nə yaxşı ki, tale xalqımıza belə bir dahini bəxş etmişdir. Çünki onun yaratdığı, qurduğu müstəqil Azərbaycanın kökləri möhkəmdir.

Bu Vətənə xidmətində,

Bu millətə hörmətində.

Bu dövlətin qüdrətində

Yaşayır Heydər babamız!

Əməli zəfər babamız!

Sevda Seyidova,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı