01 oktyabr 2023 19:46
112

Vətənə xidmət nümunəsi

"Mənim həyatımın məqsədi Azərbaycandır,Azərbaycan xalqıdır,Azərbaycan Respublikasıdır,Azərbaycan vətəndaşlarıdır.Əgər mən buna nail ola bilsəm,mən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.Buna nail olmağa çalışıram və çalışacağam".

Ulu Öndər Heydər Əliyev fenomenal şəxsiyyət, dünyamiqyaslı dövlət adamı,siyasət nəhəngi idi. O, sözün həqiqi mənasında ,uzaqgörən insan,müdrik rəhbər idi.Onun iti zəkası,dərin intellekti,yenilməz məntiqi,aydın nitqi,geniş dünyagörüşü hamıda heyrət doğururdu.Heydər Əliyevin dünyanın aparıcı siyasi və dövlət xadimləri arasında mühüm yeri vardır.O,hamının nümunə götürə biləcəyi tarixi şəxsiyyət idi.

Ulu öndər Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya- hər bir siyasətçiyə, dövlət adamına, iqtisadiyyatçıya, diplomata, elm, təhsil və mədəniyyət xadimlərinə ,bütövlükdə hər bir ölkə vətəndaşının payına düşür.Tarixi həqiqətdir ki,hər bir azərbaycanlı həm bu gün,həm də gələcəkdə indi artıq tarixə qovuşmuş bu xəzinədən- dahi Heydər Əliyev irsindən bəhrələnəcək,bu və ya digər taleyüklü problemin həllində Heydər Əliyev  zəkasının nurundan,zəngin və çoxcəhətli irsindən faydalanacaq,Heydər Əliyev məktəbindən öyrənəcəkdir.

Ulu Öndərin – bu nadir şəxsiyyətin Azərbaycana ,xalq və millətə sevgisi,məhəbbəti sonsuz idi.Onun ürəyi Azərbaycan qədər geniş,Odlar yurdu kimi hərarətli idi

Heydər Əliyevin xalqımız qarşısında ,tariximiz qarşısında ən böyük xidməti odur ki,Azərbaycan dövlətçiliyini məhvolmadan xilas etdi.Dövlətimizin xilas olması demək,müstəqilliyimizin  olması deməkdir.Dövlətimizin xilas olnası demək,müstəqilliyimizin olması deməkdir,qurtuluş deməkdir.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən əvəzsiz xidmətlərindən biri də dünya azərbaycanlıların həmrəyliyinə nail olmasıdır.

Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Bu partiya Azərbaycan Respublikasının dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək vəzifəsini yerinə yetirir və bu gün də öz şərəfli missiyasını yerinə yetirməkdədir. Hamıya məlumdur ki, Heydər Əliyevin ən müqəddəs arzularından biri Qarabağ probleminin həll olunması,qaçqın və köçkünlərimizin öz yurd- yuvalarına qayıtmasıdır. 44 günlük müharibədə Prezidentimiz İlham Əliyev və Azərbaycan xalqı bir yumruq kimi birləşib torpaqlarımızı geri aldılar.

Mən əminəm ki,nə qədər Azərbaycan var,Azərbaycan xalqı var,Heydər Əliyev bizim qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

Gülnar Xəlilova,
Bakı şəhəri, Xətai rayonu, Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı