30 sentyabr 2023 15:09
347

Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycanın inkişafını və daha da güclənməsini təmin edir

Ümummillilider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri vardır. Azərbacançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkəyə çevrilməsi üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrində proqram dəyişikliklərinin mükəmməlsistemini yaratmış və həyata keçirmişdir. Ölkəmiz üçün tamamilə yeni olan bir sıra xalq təsərrüfatı sahələrinin yaradılması, irimiqyaslı tikinti və sənaye obyektlərinin istifadəyə verilməsi, fundamental və tətbiqi elmlərin inkişafı  sahəsində əldə edilən uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

30 il əvvəl Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir vəziyyətdə xalqımız Azərbaycan dövlətinin xilası üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini təkidlə tələb etdi. Beləliklə, iyunun 9-da Ulu Öndərin Naxçıvandan Bakıya  gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan  Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu gündən ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələ başladı.Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında gördüyü tədbirlər sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər neytrallaşdırıldı, Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu. Ulu Öndərin adı ilə bağlıolan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye  müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda  fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.1993-cü ildən etibarən Azərbaycan özünün sağlam, bazar  iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanözünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı.  Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş  Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur.

Tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Prezident seçildikdən sonra qarşıda duran əsas vəzifələri ümumiləşdirərəkdemişdir:"Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə 
şəraitindən çıxarmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır". 

Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin, Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına sübutdur.
Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.  Bütün bu uğurların əldə olunmasında Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
Hazırda xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən başlanılmış xilaskarlıq missiyası - xalqa bağışlanan ömür yolu, ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Aparılan hüquqi islahatlar nəticəsində demokratik dövlət quruculuğu, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması prosesi uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq aləmdə tutduğu mövqeyi günü-gündən möhkəmlənir.
Ən əsası bu gün Azərbaycan dövləti Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində işğalçı Ermənistana qalib gələrək öz ərazi bütövlüyünü bərpa etmiş, lokal antiterror tədbirləri nəticəsində isə suverenliyini tam təmin etmişdir.

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı