30 sentyabr 2023 01:14
426

Meymun baxar güzgüyə...

Deyəsən Nikolun nazı ilə çox oynayırıq haaa!

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə 28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycan ərazilərində 200 il etnik təmizləmə aparanlara bax, həyasızlıqla öz adlarını bizə qoyurlar. Vaxtilə Rusiyanın vasitəsi ilə Azərbaycanın qərbinə pərçimlənmiş erməni tör-töküntüləri azğınlaşaraq ərazinin əsl sahiblərini etnik soyqırımlara və deportasiyalara məruz qoymalarını nə tez yaddan çıxarıblar. Müstəqil yaşamağı belə bacarmayanlar qoltuqdan çıxan kimi dalbadal biabırçı məğlubiyyətə uğrasalar da pişik kimi bellərini yerə vurmaq istəmirlər. Amma biz heç nəyi yaddan çıxarmırıq. 1988-ci il etnik təmizləməsindən sonra Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Onlar  öldürülərək, təhqir edilərək, mülkləri əllərindən alınaraq doğma yurdlarından qovulublar. İndi ermənilər bizdən tələb edirlər ki, hər cür cinayət törədən terrorçuların başlarını sığallayaq, bunları beşiyə qoyub yırğalayaq. Belə görünür ki, haylar bəşəriyyətin ən həyasız varlıqları, tullantılarıdır. Onlar hələ də millət və xalq kimi formalaşa bilmirlər. İki variant var: Bunlar ya anadangəlmə gicdirlər, ya da özlərini gicliyə vurublar.

Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib. Bu sözləri hər hansı digər erməni demiş olsaydı, o qədər də fərqinə varmazdıq. Amma bu sözləri 1 nömrəli erməni deyir.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq."

Məğlub Ermənistan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmağa və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına çalışmaqdansa yenidən aranı qarışdırmağa istiqamət götürür. Döyüş meydanından it kimi qaçan və ağ bayraq qaldıran bu adamların hansı ağıla qulluq etmələri məlum deyil. Bunları adam yerinə qoyub humanizm göstərdikcə ayaqlarını qaldırıb yuxarı qoyurlar. Görünür, qoca bir erməninin dediyi bu sözlər tam həqiqətdən xəbər verir. O, deyirmiş ki, bizim qan xəstəliyimiz var, hər yüz ildən bir ermənilərin qanı tökülməlidir ki, dincəlsinlər. Lap ilan kimi, zəhərini tökməyincə başının ağrısı kəsmir. Erməni olanda nə olar, kişi düz deyir də...

Vəli İlyasov, "İki sahil"