28 sentyabr 2023 12:43
130

Naxçıvan qədim diyarımızdır

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında  bu fikirləri səsləndirib:   “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir."

Tarixə nəzər salsaq ,ermənilərin  zaman-zaman Naxçıvan xulyalarinin hec gizlətmədiklərini görərik. Zori Balayan bir müsahibəsində “Biz bu işə Qarabağdan yox, Naxçıvandan başlamalı idik” fikrini söyləmisdi. Ən kəskin nümunə isə Zorinin «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı məqaləsidir. Balayan Naxçıvanın muxtariyyatının əsasını qoyan Qars müqaviləsinə qarşı çıxaraq, sənədi erməni xalqına qarşı cinayət adlandırır. Çox böyük torpaq iddiası ilə yaşayan, tariximizdən  və milli varlığımızdan xoflanan  Zorinin « Qarabağ hərəkatı bizi  qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə  bizi Naxçıvan haqqında düşünməyə  məcbur etdi. O Naxçıvan ki,  onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri  erməni faşizmindən xəbər verir. Ermənilərin «baş ideoloqu»nun sərsəmləmələrinə cavab verərək demək olar ki,  Ermənistanın Naxçıvansız nəinki gələcəyi,  keçmişi belə yoxdur. Çünki 1929-cu ildə  Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə  Naxçıvanın 657 kvadrat kilometr ərazisi Ermənistana verilmişdir.   Belə ki, Azərbaycanın tarixi torpaqları hesabına özlərinə  qondarma dövlət quran ermənilərin   başqalarının ərazilərini özününküləşdirmə siyasətinin heç bir  əsası yoxdur.

Öz çıxışinda Azərbaycan Prezidenti İlham Əliyev də diqqətləri Azərbaycan tarixinə çəkərək bunları demişdir : “Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir”.  Azərbaycanın min illik tarixini əks etdirən daşüstü yazıları pozub erməniləşdirməklə, Azıx mağarasında  « haylara» aid «tarixi mənbə» yerləşdirməklə  dövlət yaradan daşnakların Naxçıvanla bağlı iddialarına ən tutarlı  cavab Ulu Öndər Heydər Əliyevin sözləridir: «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın müxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq."

Vüsalə Qurbanova,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 11" ünvanı üzrə ərazi partiya təşkilatlnın üzvü