28 sentyabr 2023 12:35
277

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Ötən günlərdə Azərbaycanda baş verən hadisələr onu göstərir ki, Azərbaycan öz müstəqilliyini, heç kimdən aslı olmadığını bir daha sübuta yetirir. Bu hadisələrdən biri də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması olmuşdur.   

Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar 500-300 min il bundan əvvəl yaşamışdır. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.

Naxçıvan, həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasınıqoymuşlar. X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.

1924-cü ildə yaradılan Naxçıvan Muxtar RespublikasıAzərbaycanın ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasına (1995-ci il) əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq.  

Bildiyiniz kimi, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Bu önəmli və tarixi hadisənin təməlqoyma mərasimindəTürkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək qardaşlıq nümunəsi göstərmişdirlər. Ölkələrarası münasibətlərin möhkəmlənməsi bizi də vətəndaş olaraq çox sevindirir. Düşünürəm ki, Azərbaycan tarixində olan belə önəmli hadisələrdə bir çox ölkələrdən dəstək gördük. Amma hər dəfəsində o siyahının başında məhz Türkiyə dayandı. Qarşılıqlı baş tutan bu münasibətləri dərinləşdirmək isə hər birimizin vətəndaşlıq borcudur. Dövlətlərarası siyasəti xalq olaraq biz dədavam etdirməliyik. 

Azərbaycan və Türkiyə münasibətləri bugünə qədər çox sınaqlardan keçsə də hamısından üzüağ çıxdı. TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında qeyd edirdi : 

- “Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət vəmərhəmətini bir daha bütün dünyaya göstərmişlər”. 

Türk qardaşlarımız Atatürk yoluna sədaqət nümayiş etdirərək bu vətəni heç bir yad düşüncəyə təslim etməyəcəyini növbəti dəfə təsdiqlədi. Bu gün Türk Dünyasının gözü Türkiyə-Azərbaycan İttifaqıdır. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə də Cənubi Qafqazda sülh vətəhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradənümayiş etdirdiyini göstərir. 

Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin iqtisadi maraqları əsasında formalaşıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Bizə yaxın olan təkcəyüz illik bir tariximizə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə qırılmaz tellərlə bağlı olduğunu müşahidə edirik.  Türkiyə-Azərbaycan əlaqələrinin tədqiq edilməsi və gələcəkdə də yaranacaq əməkdaşlıq sahələri iləbağlı ənənənin davam etdirilməsi baxımından tarixi reallıqların işıqlandırılması biz müəllimlərin, ümumiyyətlə bu sahə ilə bağlı araşdırma aparan hər bir mütəxəssisin qarşısında əsas tədqiqat obyekti olmalıdır.  “Bir millət, iki dövlət” şüarına sadiq qalaraq əlaqələrimizi vəəməkdaşlığımızı genişləndirməyi planlaşdırmalıyıq. 

Azərbaycan öz suverenliyini bərpa etməsi məhz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ildönümünə təsadüf etməsi sanki onun ruhuna bir hədiyyə oldu. Çünki Ulu Öndərin “Qarabağ arzusu” var idi. Hər bir vətəndaşın ruhuna hopan bu vətənpərvlik inanırıq ki, çox uzun illər adət-ənənəyəuyğun davam etdiriləcək. Ali Baş Komandan və igid döyüşçülərimiz sayəsində uzun illər işğal altında olan torpaqlarımızı işğaldan azad etdik və öz suverenliyimiz bərpaetdik!

E.Ağayeva,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü