28 sentyabr 2023 12:58
224

Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Türkiyə ilə Azərbaycan arasında dostluq- qardaşlıq münasibətləri uğurla inkişaf edərək elə bir həddə çatmışdır ki, bu dostluq-qardaşlıq bütün sahələrdə özünü göstərdi və gözəl nəticələr verdi. Türkiyə - Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.  Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş,  sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “bir millət, iki dövlət” olmuşlar. Eyni fikri Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar. Türkiyə-Azərbaycan arasındakı dostluq – qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Biz bu sarsılmaz qardaşlığa 44 günlük Qarabağ müharibəsində, Türkiyədə baş verən güclü zəlzələdən sonrakı zamanlarda və bir neçə gün bundan öncə Qarabağdan lokal xarakterli antiterrorəməliyyatları zamanı gördük və şahidi olduq.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir.

Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub.

İki dost-qardaş ölkə arasındakı əlaqələr bir-birinə sıx tellərlə bağlıdır. Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Zəkiyyə Mustafayeva,
Xətai rayonu, Ceyhun Həsənov adına 48 nömrəli tam orta məktəbin müəllimi