29 sentyabr 2023 00:46
342

İçimizdəki düşmən

Erməni separatizminə qarşı mübarizəmizə kölgə salmağa cəhd edən Yaqublu düşmən dəyirmanına su tökür

Daxili qarşıdurmalar, ziddiyyətlər və ittihamlar bataqlığı olan radikal düşərgədəki ənənəvi xəyanətlər bitmir. Açılan sandıqdan tökülən pambıqlar çox mətləblərdən xəbər verir. Radikallıqları ilə düşərgəni ələk-fələk edən AXCP sədri Əli Kərimli, «Milli Şura»nın Gültəkin Hacıbəylisi kimi özünə oxşarlarla yaxınlıq edib, sonradan rəqiblərə çevrilən Tofiq Yaqublu özünü bu üçlüyün göz müncuğu hesab edir. Daim Azərbaycanın dövlətçiliyinə, milli maraqlarımıza qaryaxmaqla məşğul olan Əli Kərimli kimi Tofiq Yaqublu da ermənipərəstləri özünə yaxın hesab edərək süfrələrinin qırıntılarına göz dikib.

Bu xəyanətkar 44 gün davam edən İkinci Qarabağ müharibəsində odumuzun Ermənistan üzərindəki Qələbsinə belə qara yaxmaqdan çəkinmədi. Şəhidlər verdiyimiz, torpaqlarımızın azadlığı və sərhədlərimizin təhlükəsizliyi uğrunda qəhrəman oğullarımızın şücaətinə belə qara yaxan siyasi ölü olan Tofiq Yaqublu nankorluğu, xəyanəti və tutduğu mövqeyi ilə düşməndən geri qalmır.

Azərbaycan Ordusunun, igid əsgər və zabitlərimizin göstərdikləri rəşadəti, qəhrəmanlıqları heç cür qəbul edə bilməyən Yaqblu bunu hər fürsətdə büruzə verir. Azərbaycan dövlətinin qazandığı uğura, tarixi qələbəyə sevinməyən düşmən və onu havadarlarıdır. Bir də Yaqublu kimilər. Düşmənlərimizdən, ermənilərə xidmət edən beynəlxalq təşkilatlardan qrant alaraq Azərbaycana qarşı böhtan yağdıran Tofiq Yaqublunu mənsub olduğu düşərgədə belə Vətənini 3-5 manata satan siyasi alverçi kimi qəbul edirlər.

İblis cildinə girən bu şəxs Ermənistanın məğlubiyyətinə ermənilərdən artıq kədərlənir. Ona görə də düşüncələri erməni ideologiyasından, aldıqları haram pullardan zəhərlənən bu milli nadürüstlər üçün Vətən anlayışı müqəddəs deyil. Ona görə qələbəmizi, suverenliyimizi tam bərpa etməyimizi qəbul edə bilmir.

Azərbaycanın Qarabağdakı separatçılara qarşı həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdı. Nəticədə Qarabağda suverenliyimiz bərpa oldu və separatçı qurum tarixin arxivinə göndərildi. Tarixi nailiyyətdir. Amma ermənilər və Yaqublu üçün yox. Bu antimilli ünsürün “Çox üzücüdür ki, Azərbaycan öz torpaqlarını Putinin Paşinyanı devirmək planının icrası nəticəsində azad edib” sözlərini heç erməni xislətlilər belə söyləməzlər. Siyasi şoumenliyini ermənipərəst qüvvələrdən aldığı tula payına görə formalaşdıran, “xəyanət dosyesi” qabardıqca xəyanətləri artan Tofiq Yaqubluya ancaq bir ad vermək olar: Siyasi isterik!

Yaqublunun bütün xalqımızın şəhidlərini yad etdiyi Anım Günündə Qələbəmizə qara yaxması onun mənəviyyatsızlığını, xalqa, dövlətə düşmən olduğunu göstərir.

Xuraman İsmayılqızı, “İki sahil”