28 sentyabr 2023 22:24
257

Vətən müharibəsi bizim şanlı tariximiz, qürur mənbəyimizdir

27 sentyabr tarixi xalqımızın yaddaşında dərin və silinməz iz buraxdı. Həmin gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu  bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqı illərdir səbirsizliklə gözləyirdi. Bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.  Azərbaycana yeni nəfəs, yeni can gəldi. Biz bu gün bir daha doğulduq, bütöv olduq, bir olduq. Bunun da kökündə cənab Prezidentin səbəb və nəticə əlaqəsinə söykənən düşünülmüş xarici siyasəti dayanır. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən Ulu Öndərin Heydər Əliyevin də, bütün əsgər və zabitlərimizin də ruhu şaddır. 

Tarixə nəzər salsaq görərik ki, bu mənfur dövlət daim bizə düşman olmuş,  öz düşmənçilik siyasətini yürütmüşdülər. Dəfələrlə dinc əhaliyə qarşı hücumlar olmuş, amansız soyqrımlar törədilmişdir.Dinc əhaliyə qarşı törədilmiş qətliyamlar işərisində Xocalı qətliamı bu faşist millətin qəddarlığı ilə seçildi. Vətən müharibəsində Ermənistan bir daha öz qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Azərbaycan ordusunun  sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi. Bu işdə milli birliyimiz, milli ideologiyamız əsas rol oynadı. Cənab Prezidentimizin liderlik qabiliyyəti, onun Azərbaycanın maraqlarını uğurla həyata keçirməsi, hər bir azərbaycanlının etimadını qazanaraq yeni bir tarix yazması bizim üçün çox böyük şərəfdir.

Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hegemonluğu xalqımız üçün sağalmaz yaraya çevrilmişdi. Bu müddət ərzində münaqişənin dinc yolla tənzimlənməsi ilə əlaqədar Ulu Öndər Heydər Əliyev və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlər, aparılan danışıqlar, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlar heç bir fayda vermədi.

Böyük  zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Hazırda Azərbaycan qarşısında dayanan əsas vəzifə azad edilən torpaqların bərpası, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu istiqmətdə işlərə artıq başlanılıb və prosses şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə davam edəcək.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, müharibə artıq bitib, münaqişə həll olunub. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı