28 sentyabr 2023 12:20
301

Türkiyə-Azərbaycan dostluğu sarsılmaz gücdür

Azərbaycanın qürur mənbəyi olan Naxçıvan, Türk dünyasına açılan şərqin qapısıdır! Naxçıvanda çıxan içtimai-siyası qəzetin  “Şərq qapısı” adlandırılması, məhz, böyük siyasi əhəmiyyət kəsb edir...

Böyük TÜRK dövlətini şərqlə birləşdirən, TÜRK dünyasının varlığının mənasına çevrilən TURAN BİRLİYİ-nə gedən yol, şərqın qapısı - Naxçıvandan keçir! Odur ki, qədim yurdumuz, əzəli torpağımız olan ZƏNGƏZUR-u, TÜRK dünyasına qarşı birləşmiş qara qüvvələr, qəlbimizdən qoparıb, ondan da əvvəl Azərbaycan torpaqlarında yaratdıqları indiki qondarma Ermənistana birləşdirməklə, Böyük Türk dövlətinin Türk dünyası ilə yeganə quru yol əlaqəsini kəsdilər… Bir-birilə əsrlər boyu düşmənçilik etsələr də, TÜRK-ə qarşı gələndə birləşən bu qara qüvvələr, min illərdir ki, bir saat da belə dayanmadan apardıqları məkirli siyasi oyunlarını usanmadan bu gün də davam etdirirlər.

Lakin Turan birliyi yolunda sarsılmaz müasir gücə çevrilən TÜRKİYƏ- AZƏRBAYCAN DOSTLUĞU, bu qara qüvvələrin köhnəlmiş işlək mexanizmlərini, yeni dünya nizamının hibrid idarəetmə metodu ilə geridə qoydu! Dünyaya sübut etdilər ki, pulun həll edə bilmədiyi məsələləri dostluq həll edir! Yaşasın, bəşərə sülh, əmin- amanlıq gətirən dostluq!!!

Həsən Şirinov,
general-mayor