28 sentyabr 2023 01:14
1578

Tarix yazan Sərkərdə

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Vətən müharibəsindən daha da güclənərək çıxdı

Vətən müharibəsi zamanı Azərbaycan dövləti və onun lideri İlham Əliyev qətiyyətlə bütün dünya ölkələrinə haqq səsini çatdırdı. Dünya ictimaiyyətinə bir daha məlum oldu ki, dövlətimizin mövqeyi ədalətlidir və bu mübarizədə qalib də məhz bizim ölkə olacaq. Məşhur türk şairi Tofiq Fikrətin sözləri ilə desək;

Zülmün topu var, gülləsi var, qalası varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Əslində bu ifadədəki zülm sözü ermənilərin əsl xislətidir. İşğalçı Ermənistanın nə nizami ordusu, nə də müasir döyüş texnikası olub. Ancaq öz zülmü, vandalizmi ilə tanınıb, həmişə onun-bunun köməyinə bel bağlayıb. Məhz bu kömək nəticəsində də soyqırımları törədib, başqasının torpağına göz dikərək “özününküləşdirməyə” çalışıb. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı əsarətdə saxlayıb. Ermənilər öz vəhşi xislətləri ilə işğal etdikləri ərazilərdə daşı daş üstə qoymayıb, şəhərlərimizi, kəndlərimizi darmadağın edib, məscidlərimizi söküb, mədəniyyət abidələrimizi məhv ediblər.

Erməni qəsbkarlarının törətdikləri bütün vəhşiliklərin, cinayətlərin qarşısını almaq kimi tarixi missiya ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, yeni tarix yazan Müzəffər Sərkərdə İlham Əliyevin qətiyyəti ilə yerinə yetirildi. Xalqla iqtidarın sarsılmaz birliyi, güclü və yenilməz ordu yaratmaq məsələsi məhz Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin ayrılmaz bir hissəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş torpaqlarımızın hər qarışını azad edərək xalqa Zəfər müjdəsini, Qələbə sevincini yaşatdı. Dövlət başçımız, həmçinin öz qətiyyətli çıxışları ilə dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırdı.

Prezident İlham Əliyev öz dərin məzmunlu çıxışlarının birində qeyd edirdi ki, erməni vandalları şəhərləri, kəndləri dağıtmaqla elə hesab edirdilər ki, azərbaycanlılar bir daha həmin yerlərə qayıtmayacaqlar. Onlar bu fikirlərində də yanıldılar. Artıq dövlət başçısı İlham Əliyev həmin ərazilərdə böyük quruculuq işlərinə start verib. Bu işdə hər birimiz dövlət başçısına dəstək olmalıyıq və olacağıq.

Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Ermənilərin təcavüzkar və terrorçu xislətli millət olması bütün dünyaya məlumdur. Satqınlıq, xəyanət və dinc əhaliyə qarşı vəhşilik törətmək kimi xüsusiyyətlər ermənilərin xislətində var. Son 200 ildə ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə xəyanəti və əliyalın mülki əhaliyə - uşaqlara, qadınlara, yaşlılara qarşı təcavüzləri tarixi faktlardır. 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsi zamanı ermənilər ənənəvi xislətlərinə sadiq qalaraq yenə Azərbaycanın mülki şəxslərinə qarşı təxribatlar törətdilər. Azərbaycan Ordusu isə Ermənistana layiq olduğu cavabı verdi.

Ali Baş Komandan İlham Əliyev bu fikri hər zaman bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. Yüksək dəqiqlikli hərbi texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsi, müasir döyüş vərdişlərinin mənimsənilməsi nəticəsində Azərbaycan Ordusunun qüdrətli hərbi gücə çevrildiyi çoxdan məlum idi.

Ordumuzun qarşısında düşmənin gücləndirilmiş səngərləri nəinki bir gün, bir neçə saat belə davam gətirə bilmədi. Bir neçə kəndimizin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Laçın, Xocalı və Tərtər rayonlarının kəndləri, Murov dağında strateji yüksəkliklər düşməndən azad edildi. Şuşanın işğaldan azad edilməsi isə dünya hərb tarixinə düşən hadisə oldu. Öz unikallığı ilə fərqlənən Şuşa əməliyyatı birmənalı şəkildə ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya daha da yaxından tanıtdı.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək haqqı vardı. Odur ki, beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək öz doğma torpaqlarımızı işğaldan azad etdik.

Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətənə sevgisindədir. Bu Qələbənin memarı Müzəffər Ali Baş Komandanımıza, düşmənə döyüş meydanında qan udduran rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!

Cavid Əkbərov, “İki sahil”