26 sentyabr 2023 12:16
81

Erməni vandalizmi

XX əsrin əvvəlində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçrülməsindən sonra Azərbaycanlıların deportasiya və soyqırım faciələri başlamışdır.Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə maddi-mədəniyyət nümunələrimizi məhf etmiş onların nümunələrini silməyə çalışmışdır.Bu mümkün olmadıqda isə nümünələrin “qədim“ermənilərə aid olmaları barədə saxta tarix yazıb,dünya ictimayyətini aidatmağa çalışmışdır. Tarixdə erməni dövləti 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır.1923-cü il İyulun 7-də isə vaxtı ilə İrandan və Osmanlı imperiyası ərasindən Qarabağ xanlığının ərazisinə köçrülən ermənilərə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan,Türkiyə isə türk dünyasından ayrı salınmışdır. Qarabağ ərazisində e.əv.II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Bu ərazi e.əv.IV əsrdən- eramızın VIII əsrinin əvvələrinədək Azərbaycan Alban dövlətinin,VIII-XII əsrlərdə Sacilər,Salavilər,Rəvvadilər dövlətinin,Səlcuq imperiyasının Azərbaycan Atabəylər dövlətinin XIII-XV əsrlərdə Elxanilər,Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ,1501- 1738-ci illərdə Azərbaycan səfəvilər dövlətinin,1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində olmuşdur.

Sovet hökümətinin apardığı siyasət nəticəsində Qarabağın dağlıq hissələrində sayca çoxluq təşkil edən ermənilər 1988-ci ildə Moskvanın bilavasitə təhriki ilə bu vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan SSR-yə birləşdirmək üçün separatçı-terrorçu çıxışlara başladılar.Bu separatçı çıxışlar Ermənistanın Azərbaycana qarşı təcavüzü iki ölkə arsında müharibəyə gətirib çıxardı.Ermənistanı himayə edən dövlətlərin hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı rayonlar işğal edildi. Nəticədə Şuşada Alban məbədləri,Şuşa Tarix Memarlıq Qoruğuna daxil olan qala divarları ,Qarabağ xanlarının iqamətgahları, Natəvanın ev muzeyi,Vaqifin məqbərəsi,yüzlərlə tarixi memarlıq və təbiət abidələri,həmçinin çox qiymətli memarlıq abıdələri olan Xudafərin körpüləri işğal edilmişdir.1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcvüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Qubadlı,Zəngilan,Cəbrayıl) əraziləridə işğal edilmişdir.20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş,4866 nəfər itkin və əsir düşmüş,girov götürülmüşdür.

Təxminən 100 min nəfər yaralanmış,50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.17 min kv.km.ərazini əhatə edən məhsuldar torpaqlar işğal olmuş,900 yaşayış məntəqəsi,130939 ev,2389 sənaye və kənd təsərüffatı obyekti,1025 təhsil və 798 səhiyyə ocağı,1510 mədəniyyət müəssisəsi,aftomobil yolları,348 körpü,76940 km elektrik xətləri dağıdılmışdır. Talan edilmiş regionun müzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar,rəssamlıq və mədəniyyət əsərləri dünya şöhrətli xalçalar,görkəmli şəxsiyyətlərin xatirə əşyaları məhf edilmişdir. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla məhf edilmişdir,12 muzey,6rəsm qaleriyası,tarıxı əhəmiyyətli 9 saray qarət edilmişdir və yandırılmışdır. 40 min muzey sərvəti və eksponat talan olmuşdur,62 məscid erməni təcavüzünün qurbanına çevrimişdir.927 kitabxanada 4,6 milyon kitab,misilsiz əlyazma nümunələri məhf edilmişdir.

Erməni təcavüzkarlarının vurduğu ziyanı sözsüz ki,dəqiq hesablamaq mümkün deyildir.Talan və məhf edilmış bu sərvətlər təkcə Azərbaycanın deyil,dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri idi.Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Ağdam və Füzuli şəhərləri 1945-ci ildə atom bombası ilə dağıdılan xiroşima və Naqasakı şəhərlərinə bənzədilmişdir. XX əsrin əvvəllində İrəvan quberniyası ərazisində 310 məscid qeydə aldığı halda bu gün Ermənistan ərazisində yalnız bir məscid-Göy məscid qismən salamat qalmışdır ki,onu da xarici qonaqlara “ fars “ məscidi kimi təqdim edirlər. “ Erməni vandalizmi “əsirlikdə olan “Azərbaycan abidələri “adlı olan elektron layihədə toplanmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyani şəkiildə görünür. 2 əsrdən artıqdır ki,Azərbaycan xalqına qarşı edilən bu təcavüzə nəhayət ki,Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu son qoydu.

Nabat Rəfiyeva,
Xətai rayonu 316 saylı körpəıər evi-uşaq bağçasının müdiri