23 sentyabr 2023 00:47
242

Jozef Borrelin ermənisayaq «yaddaşsızlıq sindromu»

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin haylara sonsuz məhəbbəti şizofrenik xəstəliyikdir

Bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsində oyuncaq rejimin keçirdiyi qeyri-qanuni, eyni zamanda məzhəkə xarakterli «prezident seçkiləri» siyasi şoudan başqa bir şey deyildi. Heç bir ölkədə müşahidə olunmayan «yeganə namizədin seçilməsi», tələm-tələsik «andiçmə mərasimi»nin təşkili erməni həyasızlığının çirkin təzahürü idi. Beynəlxalq hüquq normalarına az-çox hörmət edən dövlətlər, dünyanın tanınmış siyasətçiləri bu hadisəni yolverilməz siyasi naşılıq adlandırıb hüquqi baxımdan tanımasalar da, həmişə Ermənistana dəstək olan təşkilatlar ya susdular, yaxud da müəmmalı açıqlamaları ilə çaş-başlıq yaratdılar. Qarabağın Azərbaycanın ərazisi olduğunun bütün dünyada tanındığı, bu həqiqətin Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən belə etiraf edildiyi məqamda separatçıların keçirdikləri «seçki»nin məqsəd və məramı bəllidir: Azərbaycanın ərazisində rəsmi Bakının icazəsi, hüquqi bazası olmadan qeyri-qanuni siyasi kampaniyanın təşkilində məqsəd daha bir bəhanə ilə sülh sazişinin imzalanmasının müddətini uzatmaq, Azərbaycanla bağlı təxribatların yeni şousunu yaratmaq idi.

Bir neçə dəfə təşkil etdiyi müxtəlif səviyyəli görüşlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına səy göstərən Qərbin oyuncaq «seçki» ilə bağlı səsinin eşidilməməsi nə təəssüf, nə də təəccüb doğurmadı. Xüsusilə,həmişə ikili standartlar prinsipinə sadiq qalan, regionda yaranan gərginlik üçün Azərbaycanı günahlandıran Avropa İttifaqının məsələyə münasibəti «köhnə hamam, köhnə tas» misalına bənzədi.

Avropa İttifaqı Xankəndidə keçirilən «seçkilər”dən» sonra belə bir bəyanatla çıxış etdi: «Prezident seçkisi”nin keçirildiyi hüquqi çərçivəni tanımırıq, lakin Dağlıq Qarabağ erməniləri Azərbaycanla danışıqlara hazır olan rəhbərlik ətrafında birləşməlidir”.» Qəribədir! Mövculuğu qəbul edilməyən, Aİ məsullarının yanaşması ilə deyilsə, səlahiyyətləri olmayan qurumun ətrafında birləşməyə çağırış hansı məntiqlə izah oluna bilər.?

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyasının Ukraynanın işğal edilmiş ərazilərində «seçkilər” keçirmək qərarına» dərhal reaksiya verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel rəsmi Moskvanın mövqeyini sərt şəkildə tənqid edərək belə «seçkilər”in keçirilməsini beynəlxalq hüququn pozulması» adlandırıb: «Bu «seçkilər»” BMT Nizamnaməsini, habelə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur”.» Məqsədi, məramı eyni olan məsələyə fərqli münasibət təbii ki, Azərbaycana qarşı ikili münasibətin dəyişilməyən təzahürüdür. Demək belə çıxır ki, Cənubi Qafqazın ən güclü, qüdrətli dövləti olan Azərbaycanın ərazi bütövlüyünün, konstitusiya quruluşunun pozulması qəbulediləndir. Beləcə himayədarları ərköyün Ermənistana növbəti dəfə dəstək göstərdilər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Laçın yolunun dərhal açılması, hayların quraşdırdıqları «blokada», «humanitar fəlakət»”, «soyqırımı» barədə barədə hikkəli-hikkəli danışsa da separatçıların qeyri-qanuni «seçkilərindən» söz açmağı məsləhət bilməyib. ” Belə görünür ki, humanitar yüklərlə bağlı yaranan gərginliyi Qarabağdakı separatçı rejimlə Ermənistanın siyasi-hərbi rəhbərliyinin oyunu, siyasi manipulyasiya kimi təqdim etmək erməni havadarlarına sərf etmir.

Bu günlərdə Jozef Borrelin Azərbaycanın ünvanına bir sıra ittihamlarla çıxış etməsi qurumun ikili standartlarının daha bir təzahürüdür. Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi lokal antiterror tədbirlərini şərh edən Borrelin «dahiyanə» açıqlamasına görə, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə rəsmi Bakı məsuliyyət daşıyır: «Əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsi həyata keçirilərsə, Aİ-nın ciddi reaksiyası ilə qarşılaşacaq.» Belə yerdə deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı çatladı. Borreldən soruşuruq: 30 il Azərbaycan xalqına qarşı siyasi, hüquqi, fiziki, ekoloji qırğınlar həyata keçirən, mülki azərbaycanlılara qan udduran, Xocalı soyqırımını törədən, soydaşlarımızı dəhşətli əzablarla qətlə yetirib kütləvi məzarlıqlarda dəfn edən ermənilərdən etdikləri zorakılıqlar üçün haqq-hesab sormağın vaxtı çatmayıbmı? O hadisələri müşahidə etməyənlər İkinci Qarabağ müharibəsindən sonra belə ermənilərin basdırdıqları minaların qurbanları olan azərbaycanlıların taleyi ilə niyə maraqlanmırlar.? Separatizmi dəstəkləyən Borrelin koordinasiya xarakterli sayıqlamalarından bəlli olur ki, Ermənistan-Azərbaycan şərti sərhədində patrul rejiminin tətbiqinin əsas təşəbbüskarları Fransa, Almaniya və Aİ-dır. Məqsəd isə son günlərdə Ermənistanda intensivləşən aksiyaların, rəsmi İrəvanın Qarabağdakı iflasının əsas səbəbkarı kimi göstərilən Paşinyanın «istefası» çağırışlarının qarşısını almaqdır.

Lakin pərdəarxası qaranlıq məqamlara aydınlıq gətirilməsi hikməti bu günlərdə bir daha sınaqdan çıxdı. Sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovla Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyanla görüş bölgədə sülhün yaradılmasına müxtəlif bəhanələrlə mane olan borrellərin saxta bəyanatlarından, qətnamələrindən qat-qat önəmli və əhəmiyyətliidr.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı da əvvəlki yalanlarının təkrarıdır.

Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyət əleyhinə cinayətləri pisləməkdən həmişə çəkinən Aİ 2020-ci il Vətən müharibəsində Azərbaycanın Zəfərindən kədərləndiyi kimi, ölkəmizin regionda sülh və sabitliyin bərqərar olması üçün tətbiq etdiyi reallıqları «görməyib.»

Bu günədək etdikləri ilə kifayətlənməyən Borrel ermənipərəst dəst-xəttini davam etdirir. Jozep hazırladığı Qarabağdakı antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatı Aİ-nin bütün 27 üzvünün birgə sənədi kimi qəbul olunmalı idi. Lakin Macarıstan Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatına veto qoyub. Bəllidir ki, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb. Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri zamanı erməni əhalisinə qarşı silah işlədilməsi kimi yalanlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən belə təkzib edilib”. Həqiqət budur ki, lokal antiterror tədbirləri çərçivəsində Ermənistana məxsus silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Razılığa əsasən Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni terrorçuları silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxarılır və tam tərksilah olunurlar. Lakin Azərbaycana qarşı Borrelsayaq qərəzli yanaşma, hədələyici bəyanat səviyyəsinə çıxarılması sülh təşəbbüslərinə xələl gətirir. Çünki Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə keçirilən tədbirlər növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib. Amma haylara sözdən, yalan vədlərdən başqa heç nə verməyən Qərbin ermənilərə canı yananlığından daha önəmlisi Prezident İlham Əliyevin bu günlərdə televiziya kanalları ilə xalqa etdiyi müraciətdir.

Bölgədə yaranan belə atmosferdən xəbəri olmayan Jozef Bollerətövsiyə edirik ki, bundan sonra Azərbaycanla Ermənistan arasındakı sayıqlamalarının motivlərini dəyişsin. Cızma-qaralarında havadan, sudan deyil, Prezident İlham Əliyevin sülh çağırışlarına yönələn müraciətlərindən nümunələr gətirsin. «Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir» söyləyən, sözünə imzası qədər dəyər verən, diplomatik gedişləri, həmkarları arasında qazandığı nüfuzu ilə borrelləri arxada qoyan Prezident İlham Əliyevin «Nəyi, nə zaman, necə etmək» düsturu növbəti dəfə özünü doğrultdu.

Xuraman İsmayılqızı, «İki sahil»