03 sentyabr 2023 16:21
4294

"Laçın" sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur

2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan ərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azerbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

“Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi tarixi Qələbə ilə başa vurdu. Bunun nəticəsi olaraq torpaqlarımızın otuz illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Müharibənin başa çatmasından artıq üç ilə yaxın bir müddət keçsə də, Azərbaycan siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdədir. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində - Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Əlbəttə ki, nə ermənilər, nə də onların himayədarları bu faktı həzm edə bilirlər. Buna görə də həmin qüvvələr artıq neçə müddətdir ki, ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu kimi cəhdlər heç bir nəticə verə bilməz. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur.”

Azerbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlet Sərhəd Xidmətinin və Dövlet Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycanla ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.

Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə həmçinin Azerbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları, onların siyasi ideoloqları öz cəzasıqlıqlarında arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar. Beynəlxalq təşkilarların susqunluğu və onlara havadarlıq etməsi bu arxayınçılığı daha da artırırdı. Lakin “Laçın sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə şərait yaratdı.1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların deportasiya olunmasına səbəb olan soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azerbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaqdır.

Bu məntəqənin yaradılması Ermenistan və onun havadarlarının böyük etirazları və beynəlxalq səviyyədə müxtəlif təhdidləri ilə qarşılandı. Sevindirrici haldır ki, Azerbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəkləndi və Ermenistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edildi.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ermenistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, ermenistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür: “Birmənalı olaraq Azərbaycan-Ermənistan sərhəddində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin əldə etdiyi ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi qiymətləndirmək lazımdır. Bu hadisə tarixi ədalətin daha bir təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmənin indi şanlı bayrağımızın altından keçməsini, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanmasını izləmək olduqca qürurverici haldır. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş Vaqif Xaçaturyan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Ermənilərin və onların havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.”K.Qafarov “Laçın” sərhəd-buraxılış məntəqəsinin təyinatından bəhs edərək deyib: “Aydındır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Bu məntəqənin qurulması ilə Azərbaycan ərazisində hələ də qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısı alınıb.

Münaqişənin başa çatmasına baxmayaraq, hələ də Ermənistanda bəzi qüvvələrin revanşist xəyallarla yaşaması regionda yeni təhdidlər meydana gətirir. Bunlardan biri və ən əsası Qarabağda erməni hərbi birləşmələrinin tör-töküntülərinin fəaliyyət göstərməsidir. Üçtərəfli Bəyanata zidd olaraq hələ də Qarabağdan çıxmayan erməni qoşunlarının sülhməramlılar tərəfindən himayə olunması da sirr deyil. Ermənistanın əzilib məğlub olan ordusunu yenidən dirçəltməyə çalışan rus hərbçilər aradan keçən iki il yarım ərzində Laçın-Xankəndi yolundan sui-istifadə edərək bu dəhliz vasitəsilə uzun müddət Xankəndiyə silah-sursat, hərbi texnika, diversantlar daşıyıb. Həmçinin eyni xətt üzrə Azərbaycanın sərvətlərinin talan olunması və ətraf mühitə ziyan vurulması da müşahidə olunurdu. Buna cavab olaraq 2022-ci il dekabrın 12-dən başlayaraq bir qrup ekofəallar, QHT-lər və könüllülər Laçın-Xankəndi yolunda haqlı etiraz aksiyaları həyata keçirdilər. Bütün dünyanın diqqətinin yönəldiyi aksiyalar 4 aydan artıq davam etdi. Bu müddət ərzində sülhməramlı kontingentin və Beynəlxalq Qızıl Xaç Komitəsinin gediş-gəlişinə heç bir maneə qoyulmadı. Ancaq erməni fitnəkarlığı burada da öz sözünü demiş oldu. Azərbaycanın göstərdiyi humanizm prinsiplərinə təxribat və terrorla cavab verən Ermənistan həyasızlıq edərək Laçın yolunun blokadada olması ilə bağlı vəsatət qaldırmışdı. Lakin haklar Beynəlxalq Ədalət Məhkəməsindən lazımi cavab ala bilməmişdilər.

Bu il aprelin 23-də Ermənistanın Rusiya sülhməramlılarının müşayiəti ilə Laçın-Xankəndi dəhlizinə alternativ yollarla yenidən silah-sursat, hərbi texnika daşıması Müdafiə Nazirliyi tərəfindən aşkarlanaraq Laçın yolunun girişinə Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulmuşdu. Ermənistan mayın 12-də yenidən BƏM-ə müraciət edərək Həkəri çayı üzərində yerləşdirilən sərhəd-nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələb irəli sürmüşdü. Buna cavab olaraq 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın Tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib. Belə qərarın qəbul edilməsi bir daha onu göstərir ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərinin mühafizəsi üzrə suveren hüququdur. Ermənistan isə öz növbəsində belə hallardan dərs çıxarmalı, hadisələri manipulyasiya etmək əvəzinə, məntiqli və ağıllı davranaraq Qarabağdakı qeyri-qanuni hərbi dəstələrini bölgədən geri çəkməlidir. Əks halda bundan sonra baş verəcək hadisələr heç də Ermənistanın xeyrinə olmayacaq !.

“Laçın” sərhəd-buraxılış məntəqəsi ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Diqqətəlayiq haldır ki, bir müddət əvvəl “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi də öz təsdiqini tapıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd olunub, “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialar qəti şəkildə təkzib edilib. Bu qərar, şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təntənəsinin bariz təzahürüdür”.

“Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın suveren hüququdur”

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı