30 avqust 2023 13:38
245

Azərbaycan gəncləri Vətən müharibəsində qəhramanlıq dastanı yazdı

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın Ümumilli Lider Heydər Əliyev adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütun sferalarda, xüsusilə gənlərin sağlam və bilikli yetişməsi üçün gənclər və idman sahəsində mühüm tədbirlər keçirmişdir. Bu siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,bu gun  Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri,onların vətənə layiqli övlad kimi yetişməsi,mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümumilli Lider Heydər Əliyev Azərbaycan uşaqlarının ən  əzizi,doğması hesab edərək demişdir: Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın böyük gələci haqqında düşünürəm, Azərbaycanın gələcəyi də Azərbhaycanın gənclərindən və uşaqlarından aslıdır.

Cənab Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadı problemlərinin həllini təmin etmək məqsədi ilə Dövlət Proqramlarını təsdiq etmişdir. Azərbaycan gənclərinin  xaricdə təhsil alması,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının inkişafı üçün yaradılan yüksək şarait böyük diqqət və qayğının nəticəsidir.

Bu siyasətin davamı olaraq 1996-cı il yanvarin 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-ci il fevralin 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum müstəqil  Azərbaycan Respublikasi gənclərinin hər sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı  gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycan gənci müzəffər Ali Bas Komandanın rəhbərlik etdiyi 44 günlük Vətən müharibəsində qəhramanlıq dastanı yazdı.

Yenilməz Azərbaycan Ordusunun sıralarında olan hərbçilərin mütləq əksəriyyəti məhz Heydər Əliyevin siyasi xəttinə sadiq davamçılarıdır. Bu gün gənclər fəxr edir ki, məhz Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.

Nərmin Teymurova,
YAP Xətai rayon təşkilatının könüllüsü