Müğənni Gülay Zeynallı yayın qızmar günlərində istilərdən çəkinmədən kamera qarşısına keçərək sevənləri üçün yeni mahnısına klip çəkdirib.
“İki sahil” xəbər verir ki, "Məktub” adlı mahnıya paytaxtın müxtəlif məkanlarında 48 saat çəkiliş gedib. Çəkilişlər qapalı və açıq hava altında gerçəkləşib.
Ekran işində ifaçı bir neçə fərqli obrazda kamera önünə keçib. Müğənninin obrazı, saç və makiyajı üzərində peşəkar komanda çalışıb. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Orxan Mürvətliyə aid olan mahnı bir neçə günə tamaşaçıların ixtiyarına veriləcək.
Klipin rejissoru Delee Orucludur.
Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri "Tbilisoba" festivalında təqdim olunur
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası