Avqustun 7-də Mədəniyyət Nazirliyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, nazir Adil Kərimli bu günlərdə 65 yaşı tamam olan sənətkarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd edilib ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması, eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.
Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri "Tbilisoba" festivalında təqdim olunur
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası