Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb.
“İki sahil” xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb.
Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib.
İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq ərazisində divar qalığı ilə yanaşı, şirli-şirsiz saxsı qablar, müxtəlif ölçülü çıraqlar və digər maddi-mədəniyyət nümunələri də aşkar olunub.
Bu ərazinin tarixinin isə XII-XVI əsrlərə aid olduğu bildirilib.
Azərbaycanın milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri "Tbilisoba" festivalında təqdim olunur
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası