"Bavariya"nın futbolçusu Sadio Mane Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, seneqallı yarımmüdafiəçinin sabah yeni klubu üçün tibbi baxışdan keçəcəyini, daha sonra müqavilə imzalayacağını bildirib.
Almaniya mətbuatı "Əl-Nəsr"in Mane üçün Münhen klubuna 40 milyon avro ödməyə hazır olduğunu yazıb.
Xatırladaq ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo da "Əl-Nəsr"də çıxış edir.
Qeyd edək ki, Mane 2022/23 mövsümündə 38 matçda iştirak edib, 12 qol vurub və 6 qolun ötürməsini verib.