07 avqust 2026 13:36
112

Qazaxıstandan növbəti çempionluq xəbəri - Emin Rzayev yenidən zirvədə!

Gənc və istedadlı qolfçumuz Emin Rzayev bu il də ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək ötənilki möhtəşəm nailiyyətini təkrarlayıb.

Qazaxıstanın Almatı şəhərində keçirilən nüfuzlu “Kazakhstan Junior Open 2026” beynəlxalq turnirində iştirak edən idmançımız bütün rəqiblərini geridə qoyaraq yarışın qalibi olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan yarış iki gün ərzində “Stroke Play Gross” formatında keçirilib. İki günlük mübarizənin yekunlarına əsasən, Emin Rzayev 10 yaş kateqoriyasında yüksək peşəkarlıq, əzm və bacarıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə - 1-ci yerə layiq görülüb.

Bu uğur gənc idmançımızın beynəlxalq arenadakı növbəti böyük nailiyyəti olmaqla yanaşı, Azərbaycan qolfunun inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.