30 iyul 2023 19:04
346

"Barselona"nı PSJ-yə dəyişdi

"Barselona"nın qapıçısı Arnau Tenas PSJ-yə keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiperlı 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ispaniyalı qapıçı bir neçə mövsüm "Barselona"nın 2-ci komandasının əsas qapıçısı olub. O, 2021-2022 mövsümündən əsas komandaya cəlb olunub.