30 iyul 2023 16:37
311

Mərakeş futbolçusu dünya çempionatında oynayan ilk hicablı qadın olub

Mərakeş millisinin futbolçusu Nuhayla Benzina dünya çempionatı oyununda hicablı oynayan ilk qadın olub.

“İki sahil” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bazar günü Mərakeş millisi Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya yığmasına qalib gəlib (1:0). İlk oyunda (0:6) ehtiyatda qalan Benzina meydana start heyətində çıxıb. Futbolçu meydana başı örtülü daxil olub.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) 2007-ci ildən tətbiq edilən hicab qadağasını 2014-cü ildə ləğv edib.