30 iyul 2023 15:29
397

Tofiq Musayev rəqibini nokauta saldı

Azərbaycanlı döyüşçü Tofiq Musayev  "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində döyüşə çıxıb.

“İki sahil” xəbər verir ki, o,  Yaponiyada keçirilən turnirdə yerli idmançı Akira Okada ilə qarşılaşıb. Musayev döyüşün ikinci raundunda rəqibini nokauta salıb. 

Xatırladaq ki, Tofiq "Rizin"in sabiq çempionudur.

Görüşü canlı izləyən Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün Feysbuk səhifəsində döyüşlə bağlı bunları yazıb: 

“Tokioda keçirilən döyüşdə həmyerlimiz Tofiq Musayev rəqibi üzərində inamlı qələbə qazanaraq, bizi sevindirdi. Tofiq peşəkar idmançı olmaqla bərabər, Vətən müharibəsində könüllü olaraq hərbi əməliyyatlara qatılıb və bizə tarixi Qələbəmizi bəxş edən rəşadətli Azərbaycan Ordusunun tərkibində döyüşüb”.