"Barselona"nın yeni futbolçusu İlkay Gündoğan zədələnib.
“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi ABŞ-da, "Real"la bu gecə keçirilən yoxlama oyunu zamanı (3:0) sıradan çıxıb. O, Serxi Roberto ilə əvəzlənib.
AS-ın yaydığı məlumata görə, İlkay növbəti iki oyunu buraxacaq.
Qeyd edək ki, "Barselona" bu ilin iyun ayında türk əsilli futbolçu ilə 2+1 illik müqavilə imzalayıb. 32 yaşlı oyunçunun sərbəst qalma dəyəri 400 milyon avro göstərilib.