Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 2-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda səfərdə "İstra 1961" ilə qarşılaşıb. Oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
M.Emreli sözügedən görüşdə start heyətdə meydana çıxıb. O, matçda fərqlənməyi də bacarıb. 6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini Emreli verib. Həmçinin o, 57-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Hücumçu 88-ci dəqiqədə Bruno Petkoviç ilə əvəzlənib.
Qeyd edək ki, Mahirin komandası hazırda turnir cədvəlində 3 xalla 4-cüdür. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.
Xorvatiya çempionatı, 2-ci tur.
23:00. "İstra 1961" - "Dinamo" (Zaqreb) - 0:3
Qollar: Luka İvanuşeç, 6 (ötürmə: Mahir Emreli), Mahir Emreli, 57, Robert Lyubiçiç, 69
Baş hakim: Duye Strukan
"Aldo Drosina" stadionu.