29 iyul 2023 22:43
399

Niko Qonzales "Portu"da

"Portu" "Barselona"nın futbolçusu Niko Qonzalesi transfer edib.

“İki sahil” xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb. Bu transfer üçün klub 8,4 milyon avro ödəyib. 21 yaşlı oyunçuya  60 milyon avro qiymət qoyulub. "Barselona" futbolçunun gələcək satışından 40 faizini alacaq.

O, "Portu"da 16 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qonzales "Barselona"nın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.