29 iyul 2023 22:19
414

Arda Güler Madridə qayıdır

"Real"ın yeni transferi Arda Güler klubun ABŞ-dakı düşərgəsindən ayrılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zədələnən və müalicə  alanTürkiyə millisinin yarımmüdafiəçisi sağalmadığı üçün Madridə qayıdacaq. Onun müalicəsinə sözügedən şəhərdə davam etdiriləcək.

Qeyd edək ki, A.Güler bu ay "Real"a transfer olunub.