29 iyul 2023 22:03
421

"Dinamo" növbəti oyununa çıxır - Mahir start heyətdə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 2-ci tur oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda səfərdə "İstra 1961" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  M.Emreli sözügedən görüş üçün start heyətdə yer alıb.

Qeyd edək ki, Mahirin komandası hazırda turnir cədvəlində 0 xalla 9-cudur. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.

Xorvatiya çempionatı, 2-ci tur.

23:00.  "İstra 1961" - "Dinamo" (Zaqreb) 

Baş hakim: Duye Strukan

"Aldo Drosina" stadionu.