29 iyul 2023 21:46
424

Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu

Belçikada keçirilən Formula 1 üzrə dünya çempionatında “Red Bull” komandasını təmsil edən pilot Maks Ferstappen sprint yarışının qalibi olub.

“İki sahil” xəbər verir ki, II yeri “Maklaren” komandasının pilotu Oskar Piasti, III yeri “Alpin” komandasından Pyer Qasli tutub.

Sprint yarışının startı güclü yağış səbəbindən bir saat gecikib. Döngələrin sayı 15-dən 11-ə endirilib.