29 iyul 2023 19:21
416

Voleybol milllimiz uduzdu

Çinin Çendu şəhərində keçirilən 31-ci Yay Universiadasında  kişilərdən ibarət komandalar arasında voleybol yarışlarına start verilib.

“İki sahil” xəbər verir ki, turnirin debütantı olan Azərbaycan millisi qrup mərhələsinin ilk oyununda Ukrayna ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Azərbaycan- Ukrayna - 0:3 (21:25, 20:25, 21:25)

Qeyd edək ki, Azərbaycan qrupda digər oyunlarının Yaponiya və Çinə qarşı keçirəcək.