29 iyul 2023 17:53
407

Günay Məmmədzadə: Məqsədim finala çıxmaqdır

"Məqsədim finala çıxmaqdır".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Günay Məmmədzadə Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

23 yaşlı qrossmeyster bildirib ki, bu cür yarışın Azərbaycanda təşkili əsl bayramdır: "Yaxşı hazırlıq keçmişəm. İnanıram ki, hər kəs öz iddiasını ortaya qoyacaq".

O, turnirin ölkədə gənc nəsil üçün yaxşı motivasiya olacağını əlavə edib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.