29 iyul 2023 17:26
363

"Bavariya" Yaponiya klubuna qalib gəldi

Yaponiyada təlim-məşq toplanışında olan "Bavariya" yoxlama oyunu keçirib.

“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi Yaponiyanın "Kavasaki" klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 58-ci dəqiqədə Yosip Stanişiç vurub.

Növbəti yoxlama oyununda “Bavariya” avqustun 2-də “Liverpul”la qarşılaşacaq.