29 iyul 2023 12:12
386

"Araz-Naxçıvan"ın Qəbələ toplanışı yekunlaşdı

Qəbələdə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Dünən ikitərəfli oyun keçirən komandamız Bakıya dönüb. Futbolçular bu gün istirahət edəcək. Komanda məşqlərini avqustun 3-nə qədər Bakıda davam etdirəcək, daha sonra mövsümün ilk oyununda iştirak etmək üçün Tovuza yola düşəcək”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu avqustun 4-də, saat 17:00-da Tovuz şəhər stadionunda keçiriləcək. Ertəsi gün eyni saatda və məkanda hər iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.