29 iyul 2023 09:43
507

"Real" futbolçusunu icarəyə verdi

"Real" futbolçusu Rafa Marini icarəyə verib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi "Alaves"ə keçib. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Rafa 2021-ci ildən "Real"ın futblçusudur. O, kluba qoşulandan sonra B komandasında oynayıb. Marin ötən il əsas komandaya cəlb olunub.