29 iyul 2023 09:24
585

Kriştianu Ronaldo ardıcıl 5-ci matçda qol vura bilməyib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində ardıcıl 5-ci matçda qol vura bilməyib.

“İki sahil” xəbər verir ki, Ərəb Klublar arasında Çempionlar Kuboku matçında "Əl-Nəsr" komandası “Əş-Şabab”la bərabərə qalıb. K.Ronaldo 62-ci dəqiqədə meydana çıxıb və qol vura bilməyib.

Görüş 0:0 hesabı ilə başa çatıb.