28 iyul 2023 20:00
540

Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib

Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

“İki sahil” ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı idmançı polşalı Mateuş Qamrotla qarşılaşacaq.

Gecənin əsas görüşü sentyabrın 23-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyciyə uduzub.