28 iyul 2023 01:14
808

“Neftçi” “Jelezniçar”la bərabərə qaldı YENİLƏNİB

"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər. Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb - 3:1.

***

Bosniya və Herseqovinada "Jelezniçar" ilə "Neftçi" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

“İki sahil” xəbər verir ki, meydan sahibləri 45+10-cu dəqiqədə yenidən üstünlüyü ələ keçiriblər - 2:1. "Jelezniçar"ın heyətində Cozef Amoa fərqlənib.

Beləliklə, "ağ-qaralar" fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıblar.