Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, 12-ci dəqiqədə fərqlənən Cenan Haraçiç meydan sahiblərini önə keçirib.
*****************
23:01
Bosniya və Herseqovinada "Jelezniçar" və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Görüşü estoniyalı FIFA referisi Yuri Frişer idarə edir.
Qeyd edək ki, komandaların cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.