27 iyul 2023 22:01
1070

Konfrans Liqası: "Qəbələ" ilk oyunda Kipr klubuna məğub oldu - YENİLƏNİB

"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.

Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda "Midtullan" (Danimarka) - "Proqres" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.

***

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

Əyyub Əllaş 62-ci dəqiqədə özünün və "qırmızı-qaralar"ın ikinci qoluna imza atıb.

***

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

“İki sahil” xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:1.

50-ci dəqiqədə Roman Bezus ikinci dəfə cərimə zərbəsini dəqiq yerinə yetirib.

**************

20:50

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib.

**************

20:08

"Qəbələ" və Kiprin "Omoniya" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən qol vurulub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Əyyub Əllaş qonaqları məyus edib.