27 iyul 2023 18:50
520

“Milan” heyətinə yeni futbolçu qatıb

“Milan” heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, İtaliya təmsilçisi Samuel Çukvezenin transferini reallaşdırıb.

24 yaşlı vinger “Vilyarreal”dan Milanın eyniadlı klubuna keçib. O, 5 illik müqaviləyə imza atıb. Transfer 25 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Çukveze ötən mövsümün 50 matçında 13 qol vurub.