“Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik”.
“İki sahil” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı səfərdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis rəqib barədə müsbət fikirlər səsləndirib: “Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. “Jelezniçar”ın Minsk “Dinamo”su ilə matçına baxmışam, çox əzmkar komandadır. Bəzi oyunçularının individual üstünlüyü var. Əminliklə deyə bilərəm ki, bizə çox ağır olacaq”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.