25 iyul 2023 11:44
390

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının loqosu və maskotu təqdim olunub

Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatının loqosu, medalları və maskotu təqdim olunub.

“İki sahil” xəbər verir ki, çempionatın maskotu “Targy” adlanacaq.

Bu, ingilis dilindən tərcümədə “hədəf” mənasını verən “Target” sözündən götürülüb.

Qeyd edək ki, yarış avqustun 14-dən sentyabrın 1-dək davam edəcək.