25 iyul 2023 10:14
406

Millimizin badmintonçusu Almaniya klubuna keçib

Azərbaycan millisinin badmintonçusu Eddi Reski Dviçao karyerasını Almaniyada davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 25 yaşlı oyunçu "Union lüdinghausen"ə keçib.

Əslən İndoneziyadan olan badmintonçu ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Eddi Reski Dviçao 2017-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında mübarizə aparıb.