23 iyul 2023 23:08
469

"Roma" Eldor Şomurodovu icarəyə verdi

“Roma”nın hücumçusu Eldor Şomurodov “Kalyari”yə keçib.

“İki sahil” "Football İtalia"ya istinadən xəbər verir ki, 28 yaşlı özbək futbolçu Sardiniya təmsilçisində icarə əsasında çıxış edəcək.

O, A seriyasına yeni qayıdan Klaudio Ranyerinin komandasında bir mövsüm oynayacaq.

Qeyd edək ki, Şomurodov 2022/23 mövsümünün ikinci yarısında “Spetsiya”da icarə əsasında çıxış edib. O, ümumilikdə, ötən mövsüm bütün turnirlərdə 24 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə edib.