23 iyul 2023 20:50
516

Ferstappen Formula 1 üzrə Macarıstan Qran Prisinin qalibi olub

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen bu gün Formula 1 üzrə Macarıstan Qran Prisinin qalibi olub.

“İki sahil” xəbər verir ki, ikinci yeri "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, üçüncü yeri isə "Red Bull"un meksikalı pilotu Serxio Peres tutublar.

Qran Prinin növbəti mərhələsi iyulun 28-dən 30-dək Belçikada keçiriləcək.