Latviya çempionatında 23-cü turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, "Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi RFŞ bu gün səfərdə "Auda" ilə qarşılaşıb və 5:2 hesablı qələbə qazanıb.
Bu qələbə ilə xallarını 55-ə çatdıran komanda liderliyə yüksəlib.
Xatırladaq ki, “Sabah”la RFŞ arasında ilk oyun iyulun 26-da Riqada, cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək.