23 iyul 2023 19:26
457

Vilfrid Zaha "Qalatasaray"da

"Qalatasaray" hücum xəttini gücləndirir.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Kristal Palas"dan ayrılan Vilfrid Zaha İstanbul təmsilçisinə keçməyə yaxındır.

30 yaşlı forvard bu axşam İstanbula gedəcək. O, "Qalatasaray"a azad agent kimi keçəcək.

Qeyd edək ki, 2014-cü ildən "Kristal Palas"da çıxış edən Fildişi Sahili millisinin üzvü ötən ay bu klubdan ayrılıb. O, ötən mövsüm "Kristal Palas"da 27 oyuna 7 qol vurub.