23 iyul 2023 17:22
433

"Kəpəz" yoxlama oyunu keçirəcək

Yeni mövsümə hazırlığı davam etdirən "Kəpəz" yoxlama oyunu keçirəcək.

“İki sahil” xəbər verir ki, rəqib "Səbail-2" olacaq. Matç iyulun 25-də keçiriləcək. "Dalğa Arena"nın ehtiyat meydançasında oynanılacaq görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Kəpəz" bu yay yoxlama oyunlarında "Araz-Naxçıvan"la heç-heçə edib, "Zirə"yə və "Səbail"ə uduzub.