23 iyul 2023 16:11
455

"Qəbələ" - "Omoniya" oyununun biletləri satışa çıxarıldı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək "Qəbələ" - "Omoniya" (Kipr) matçının biletləri satışa çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Qəbələ"nin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.

Biletləri "Qəbələ Hotel"də yerləşən fan-mağazadan əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Omoniya" matçı saat 20:00-da başlayacaq.